Bəzi dövlət qurumlarının saytlarına girişdə yaranan problem aradan qaldırılıb.
Bu barədə APA-ya Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən bildirilib.
“Problem artıq aradan qaldırılıb. Saytlara normal qaydada giriş mümkündür”, – deyə mərkəzdən bildirilib.
Qeyd edək ki, səhər saatlarında bir çox dövlət qurumlarının saytlarına daxil olmada problemlər vardı.