-1 C
Baku
Sunday, December 15, 2024

Bəzi idxal məhsulları 2026-cı ilin sonuna qədər gömrük rüsumundan azad edilib

Azərbaycana idxal edilən bəzi məhsullar 2026-cı il dekabrın 31-ə qədər 3 il müddətinə gömrük rüsumundan azad edilib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Dəyişikliyə əsasən, daha 3 il gömrük rüsumundan azad edilən məhsullara aşağıdakılar daxildir:

Bəzi tərəvəz bitkilərinin toxumları,

maya kulturaları, çörəkçilik mayaları, hazır çörəkçilik tozları,

balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar, həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər