17 C
Baku
Thursday, May 2, 2024

Bəzi İncoterms terminlərinin təfsiri

Incoterms (international commercial terms) Beynəlxalq Ticarət Palatası tərəfindən hazırlananan betnəlxalq ticarət adətlərinin təfsiri qaydalarıdır. Dövlətin daşıma mədəniyyəti praktikasına əsaslanan incoterms satıcı və alıcı arasında razılaşdırılmış daşıma xərcləri və məsuliyyəti özündə ehtiva edir. Ilk incoterms 1936-cı ildə qəbul edilmişdir.

Incoterms-də beynəlxalq ticarətdə işlədilən 13 terminin izahı verilmişdir. Terminlər beynəlxalq ticarətdə kontragentlər arasında münasibətlərdə onların hüquq və vəzifə bölgüsünü əks etdirir. Incoterms-də əks olunan terminlər 4 qrupa bölünürlər: 

1.    “E” qrupu;
2.    “F” qrupu;
3.    “C” qrupu;
4.    “D” qrupu

EXW- ex works (müəssisədən vermə). EXW-yə əsasən satıcının vəzifəsi alıcı ilə razılaşdırılmış vaxtda məhsulu alıcıya təqdim etməkdir. Bu təqdimetmə satıcının olduğu ölkədə baş verir. satıcı məhsulu alıcıya təqdim etdikdn sonra onun vəzifəsi bitmiş hesab olunur.

FCA – Free Carrier (named place), müəyyən olunmuş yerdə daşıyıcıya təhvil verdikdən sonra satıcının azad olması. Satıcı əmtənin limana qədər daşıma xərclərini və gömrük rüsumlarını öz üzərinə götürür. Daha sonra məhsulu (əmtəəni) ya gəmi daşıyıcı, və ya dəmir yol daşıyıcısına təhvil verir. bununla da, satıcı öz vəzifəsini sona çatdırır. əmtənin daşınma və çatdırılma riski alıcının üzərinə düşür.

FAS – Free Alongside Ship (named loading port), müəyyən olunmuş yükləmə məntəqəsinə, dəniz daşıma vasitəsinə çatdıqdan sonra satıcının azad olması. Bu növ ticarət adətləri yalnız dəniz daşımalarına aiddir. Satıcı müəyyən edilmiş vaxtda yükləri konkret gəmiyə yükləyir. Bununla da onun vəzifəsi sona çatır.

FOB – Free on board (named loading port), satıcının məhsulu gəmiyə yüklədikdən sonra azad olması. Bundan başqa məhsulun gömrük baxışından keçirilməsi və gömrük rüsumunun ödənilməsi satıcının öhdəsinə düşür.                          

CFR – Cost and Freight (named destination port), göstərilmiş limanda dəyər və nəqliyyat xərclərinin satıcı tərəfindən ödənilməsi. Satıcı məhsulun dəyərinə görə pul o halda ödəyir ki, daşıma riski satıcıdan alıcıya transformasiya edilir, yəni alıcının üzərinə köçürülür.

CİF – Cost, Insurance and Freight (named destination port), dəyər, sığorta, daşıma xərci. Göstərilmiş limanda dəyər, sığorta və nəqliyyat xərclərinin satıcı tərəfindən ödənilir.

CPT – Carriage Paid To (named place of destination), göstərilən məntəqəyə qədər daşıma xərclərinin ödənilməsinin ehtiva edir. Burada daşıma xərclərinin ödənilməsi satıcının üzərinə düşür. Risk daşımanı həyata keçirənin üzərinə düşür. Əgər əmtəə bir neçə daşıma vasitəsi və ya eyni növdən olan ayrı-ayrı daşıma vasitələri tərəfindən həyata keçirilərsə, bu zaman risk birinci təhvil götürənin üzərinə düşür.

DAF – Delivered At Frontier (named place), sərhəddə qədər müəyyən olunan daşıma mənasındadır. Bu hal dəmir yol və avtomobil daşımaları üçün səviyyəvidir. Sərhəddə qədər daşımanın xərclərini satıcı ödəyir. Sərhəddən konkret ünvana qədər daşıma xərcini isə alıcı ödəyir. Risk sərhəddə baş verir. sərhəddə gömrük rüsumunun ödənilməsi alıcının üzərinə düşür.

DES – Delivered Ex Ship (named port), əmtəənin gəmiylə çatdırılmasının ehtiva edir. Gəminin nəzərdə tutulan limana çatması və alıcının yükləri boşaltmasına qədər risk baş vermir. Satıcı CİF altında olduğu kimi, daşıma xərci və sığorta ödəyir. CFR və CİF-dən fərqli olaraq satıcı göstərilən əmtəənin limana çatması ilə bağlı öhdəlik götürür. Boşaltma xərcləri, həmçinin limanda nəzərdə tutulmuş vergiləri alıcı ödəyir. Dağıla bilən məhsullara – buğda, maye kimyəvi məhsullara münasibətdə daşımanın daha təhlükəsiz baş tutması üçün satıcı öz gəmisindən istifadə edə bilər.

DEQ – Delivered Ex Quay (named port), rüsum ödəməklə limana çatdırma. Mahiyyətcə DES ticarət adəti ilə oxşardır. Risk yüklərin boşaldılması zamanı baş verir.

DDU – delivered duty unpaid (named port), rüsum ödəmədən çatdırılma. Satıcı əmtəəni alqı-satqı müqaviləsinə əsasən çatdırır. Alıcı rüsum və boşaltma riskinə görə məsuliyyət daşıyır. əgər alıcı rüsum və boşaltmanın satıcı tərəfindən ödənilməsini azru edirsə, bunu mütləq alqı-satqı müqaviləsində qeyd etməlidir.

DDP – delivered duty paid (named port), rüsum ödəməklə çatdırılmış. Satıcı bütün daşıma xərclərini ödəyir və çatdırılma riskini öz üzərinə götürür.

Son xəbərlər
 ⁠
Digər xəbərlər