Azərbaycanın bank sektorunda istehlak kreditləri üzrə faiz dərəcələrində əhəmiyyətli artımlar qeydə alınıb.
“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na uyğun olaraq, 2025-ci ilin mart ayı ilə müqayisədə 2024-cü ilin dekabr ayında verilən kreditlərdə faiz dərəcələrində nəzərəçarpan fərqlər müşahidə olunub.
Kredit kartları üzrə faiz dərəcələri kredit kartları ilə bağlı verilən kreditlərin faiz dərəcəsi 2024-cü ilin dekabr ayında 26%-ə yüksəlib, 2025-ci ilin mart ayında isə bu rəqəm 25%-ə enib.
Məişət avadanlıqları ilə bağlı kreditlər məişət avadanlıqlarının alınması ilə bağlı verilən kreditlərdə faiz dərəcəsi 2024-cü ilin sonuna qədər 25% olmuşdu, amma 2025-ci ilin mart ayında bu rəqəm 26%-ə yüksəlib.
Yaşayış sahəsinin təmiri ilə bağlı kreditlər yaşayış sahəsinin təmiri məqsədilə verilən kreditlərdə faiz dərəcəsi isə 2024-cü ilin dekabr ayında 16% olduğu halda, 2025-ci ilin martında dəyişməyərək 16% olaraq qalır.
Avtomobil kreditləri avtomobil kreditlərinə dair faiz dərəcəsi 2024-cü ilin sonunda 10% olaraq müəyyən edilsə də, 2025-ci ilin mart ayında 12%-ə yüksəlib. Bu, avtomobil kreditlərinin daha baha başa gəldiyini göstərir.
Digər istehlak kreditləri digər istehlak kreditlərinə dair faiz dərəcəsi 2024-cü ilin dekabr ayında 20% olduğu halda, 2025-ci ilin mart ayında bu rəqəm 21%-ə yüksəlib.
Azərbaycanda istehlak kreditlərinin həcmi son bir ildə 579.3 mln. manat və ya 15 faiz artaraq 4 milyard 338.5 milyon manata yüksəlib.
Qeyd edək ki, 23 aprel tarixində mətbuat konfransı zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov hazırda bankların marjaları (kredit faizləri ilə depozit faizlərindəki fərqin) çox yüksək olduğunu demişdi. O bildirib ki, bu marja 6-8%-dir.
“Mən bankirlərə ədalət naminə, harada səhvdirlər, “deyərəm səhvsiniz”, harada haqlıdırlar, “Deyirəm haqlısınız və sizin tərəfinizi saxlayacam”. Banklar “böyük marja şəraitində” deyil, “aşağı marja, böyük həcm” şəraitində çalışmağa öyrəşməlidirlər. Bu istiqamətdə banklar ilə çalışırq”- deyə o bildirib.