Bəzi müavinət xərclərinin bir qədər azaldılması nəzərdə tutulur.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu, COVID-19 pandemiyasının mənfi təsirlərinin getdikcə azalması ilə bağlıdır.
“Dəyişikliklər əhalinin sosial müdafiəsinin davamlılığının təmin etmək strategiyasına xidmət edir”, – deyə M. Quliyev əlavə edib.