Bəzi özəl təhsil müəssisələri xarici kadrların ölkəyə gəlməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ediblər.
Bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, həmin özəl təhsil müəssisələri həmin təhsil işçilərinin ölkəyə gəlmə səbəbini izah edir:
“Bunun üçün də şərait yaradılacaq və belə say da çox deyil”.