“Vacib xidmət sektorları həftəiçi istirahət günü elan etməklə bazar günü işləyə bilər”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Deputatın sözlərinə görə, elə xidmət sektoru var ki, vətəndaş üçün vacibdir, amma bazar günü işləmir: “Həmin qurum bazar günü işləmir, vətəndaş da ora bazar günü getmək istəyir. Çünki vətəndaş həftəiçi-işvaxtı bunu həll edə bilmir”.