11 C
Baku
Monday, November 25, 2024

Bəzi qurumlar il sonuna icra edilməyən vəsaitləri geri qaytarmamaq üçün akkreditiv hesablar açıb

Bəzi qurumlar il sonuna icra edilməyən vəsaitləri geri qaytarmamaq üçün akkreditiv hesablar açıb.

Bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb.

Qeyd edilib ki, Hesablama Palatasının 2022-ci il fəaliyyəti haqqında Hesabatına əsasən büdcə vəsaitlərinin idarəedilməsində xarakterik nöqsanlardan biri də bəzi qurumlar tərəfindən ilin sonunda xəzinə hesablarında qalan vəsaitin büdcəyə qaytarılmaması üçün üçtərəfli müqavilə bağlamaqla banklarda açılan akkreditiv hesablara vəsaitin yönəldilməsidir.

Uyğunluq auditlərinin nəticəsində 5.5 mln. manatın akkreditiv hesablara istiqamətləndiyi müəyyən edilmişdir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər