8 C
Baku
Thursday, December 12, 2024

Bəzi rüsumların dəyişdirilməsi ilə bağlı layihə parlamentin plenar iclasına tövsiyə edilib

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Toplantının gündəliyinə 3 məsələ daxil edilib.

“Dövlət rüsumu haqqında” qanun layihəsi (birinci oxunuş), Su Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi (birinci oxunuş) və “Sığorta fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş) müzakirə olunub.

Müzakirələrdən sonra layihələr səsverməyə çıxarılaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.

 

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər