14 C
Baku
Sunday, November 24, 2024

Bəzi şəxslərin pensiyası 50 faiz artırıla bilər – VİDEO

Bəzi şəxslərin pensiyalarının hesablanması qaydasında dəyişikliklər olacaq.

Bunu “Xəzər Xəbər”ə açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə “Əmək pensiyaları haqqında” qanuna təklif edilən son dəyişikliyə əsasən, işləyən vətəndaşların pensiyalarının hesablanması qaydasında yeniliklər nəzərdə tutulub.

Millət vəkili qeyd edib ki, yeni qaydalara əsasən, işləyən, amma pensiya yaşı tamam olan vətəndaşların 6 ildən bir pensiya kapitalına uyğun olaraq pensiya məbləğləri avtomatik olaraq artırılacaq. Pensiyalar hesablanarkən hər hansı bir sənəd toplamağa da ehtiyac olmayacaq. Proses elektron qaydada həyata keçiriləcək.

Vüqar Bayramov bildirib ki, yeni mexanizm 7 minə yaxın şəxsi əhatə edəcək. Yeni qaydalardan sonra pensiya katpitalından asılı olaraq pensiyaların məbləği 50 faizə qədər arta bilər.

Millət vəkili onu da əlavə edib ki, dəyişikliklər Milli Məclisin gələn həftə keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Son xəbərlər
Digər xəbərlər