23 C
Baku
Tuesday, April 23, 2024

Bəzi xəstəliklərin müalicəsinin icbari tibbi sığortaya daxil edilməsi üçün iş gedir

“Bu il biz icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi təmin olunub”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bu layihə əvvəllər mərhələlərlə tətbiq edilirdi: “Bu, yeni sistemdir. Artıq bu istiqamətdə müəyyən müsbət dəyişikliklər var. Qısa müddət ərzində səhiyyə xərclərini 2,5 dəfə artırmışıq. Çalışmalıyıq bu səviyyəni qoruyaq”.

S. Şərifov dərman preparatları ilə bağlı səslənən fikirlərə münasibət bildirib: “Onkoloji xəstəliklərin müalicəsində dərman preparatlarının çatışmazlığı problemindən danışıldı. Bu sahədə böyük bahalaşma müşahidə edilməkdədir. Biz xəstəliklərin müalicəsinə ayrılan xərcləri artırırıq. Amma yenə də görürük ki, istənilən səviyyəyə gəlib çıxmamışıq. Eyni zamanda icbari tibbi sığorta ilə əhatə olunmayan xəstəliklərin müalicəsinin icbari tibbi sığortaya daxil edilməsi üçün işlər gedir”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər