Müsahibimiz: Forex Baku şirkətinin Marketinq Departamentinin rəhbəri Raul Əliyevdir
Azərbaycanda Forex-in vəziyyətini necə qiymətləndirərdiniz, inkişaf baxımdan. MDB ilə müqayisədə hansı məsələlərdə irəli getmişik, hansı məsələlərdə geriləmişik?
Azərbaycanda Forex sahəsində ondan yuxarı şirkət fəaliyyət göstərir. Əlbəttə belə şirkətlərin daha çox olması həmin şirkətlərdə daxili inkişafın daha artıq irəliləməsinə şərait yaradacaq. Əminliklə deyə bilərik ki, Azərbaycan Forex sahəsində həqiqətən də inkişaf edib. Əlbəttə qazanılan uğurlar istədiyimiz səviyyəyəçatmasa da, MDB ilə müqayisədə çox irəli getmişdir. Əgər regionlar üzrə müqayisə etsək, Azərbaycanda Forex şirkətlərinin hətta Rusaya Forex şirkətlərindən daha çox irəlidə olduğunu görə bilərik. Forex Azərbaycan bazarında dövlət tərəfindən tənzimlənməsə də, şirkətlərin özləri özlərini tənzimləyirlər. Çünki bu şirkətlər öz reputasiyalarına xələl gətirmək istəmirlər.Son dövrlər xarici ölkələrdən Azərbaycana təşrif buyuran və ölkəmizdə fəaliyyət göstərən bəzi MDB şirkətlərinə nəzər salsaq görərik ki, onlar reputasiya naminə görə yox, sırf qazanc naminə fəaliyyət göstərirlər. Buna görə də, hətta Rusiya Federasiyasında Forexin Rusiya bazarında tənzimləndirilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanır. Şükürlər olsun ki, Azərbaycanda Forex şirkətləri çox düzgün yoldadır. Yəni dəqiq və qərəzsiz işləyirlər. Çünki yerli Forex şirkətlərinin əsas məqsədi pul qazanmaq yox, ölkə müştərilərinə xidmət etməkdən ibarətdir. Bu da çox sevindirici bir haldır.
Forexin Azərbaycan bazarında tənzimləndirilməsi ilə bağlı hər hansı bir qanun yoxdur – sizin fikrinizcə bu qanuna ehtiyac varmı və bu qanun Forex şirkətlərinə və eləcədə forexdə işləyən istifadəçi kütləsinə hansı üstünlükləri verə bilərdi?
Azərbaycanda brokerlər haqqında bir qanun var. Buna qanuna əsasən broker lisenziyası verilir. Ancaq Forexin Azərbaycan bazarında tənzimləndirilməsiilə bağlı hələ heç bir qanun yoxdur. Çünki bu dünyada yeni inkişaf etmiş bir sahədir. Buna baxmayaraq, Azərbaycanda Forex əməkdaşları tərəfindən iş elə dürüst tənzimlənir ki, hətta belə bir qanun çıxsa belə keçid dövrü ilə bağlı heç bir problem yaşanmayacaq. Yəni bu proses çox asanlıqla keçəcək. Bizim əməkdaşlarımız artıq bu qanunuicraetmək iqtidarındadırlar. Bunun üçün sadəcə rəsmiləşmək anı qalıb.
Yeni bir qanunun çıxması şirkətlərə heç bir problem yaratmayacaq. Belə bir qanun çıxsa Azərbaycanda fəaliyyət göstərən xarici Forex şirkətlərinin də işinə birbaşa təsir edəcək. Məhz bu qanunun köməyilə, Azərbaycanda fəaliyyət göstərən xarici Forex şirkətləri Forexin Azərbaycan bazarında tənzimləndirilməsi ilə bağlı olan qanunu icra etmək məcburiyyətində olacaqlar. Və nəticədə onlar daha özləri istədikləri kimi deyil, məhz Azərbaycan qanunlarına uyğun çərçivədə işləyəcəklər. Bu da öz növbəsində Azərbaycanda Forex bazarının daha sürətlə inkişaf etməsinə təkan verəcək.
Azərbaycanda Forex şirkətlərinin bir qisminin mənfi reputasiyası digər iştirakçılarında fəaliyyətinə ciddi zərbə vurur- bu mühitdə müştəriləri siz hansı yollarla cəlb edirsiniz?
Son bir il ərzində apardığımız araşdırmalardan məlum olub ki, bizim müştərilərimizin bir hissəsi əvvəlcə digər Forexşirkətlərinə üz tutan və həmin şirkətlərdən tam olaraq narazı qalan insanlardır. Onlar bizə üz tutanda məhz bizim şirkətdə təsəlli tapırlar. Əlbəttə bu da bizim göstərdiyimiz xidmət səviyyəsinə görədir. Bildiyiniz kimi hər bir şirkət reklam yolu iləözünə müştərini cəlb edə bilər. Əsas məsələ isə bizə üz tutan müştərini tam olaraq razı salmaq, gələcəkdə həmin müştərini itirməmək və qazandığımız reputasiyanı qoruyub saxlamaqdır. Bu da bizim göstərdiyimiz xidmətlərin nəticəsidir. Əsas məqsədimiz də elə budur.
Təklif etdiyiniz xidmətlər nədən ibarətdir? Sizi digər forex şirkətlərindən hansı nüanslar fərqləndirir? – təbii ki müştəri üçün cəlbedicilik baxımdan.
Hər bir şirkətin özünə uyğun iş tərzi var. İlk növbədə biz müştərilərimizə hörmətlə yanaşırıq. Onlarla dost kimi davranıb, dərdlərini başa düşməyə çalışırıq. Və həmin müştərinin hansı sahədə olursa olsun, yəni neft, qızıl və ya başqa sahələrdə uğur qazanmaq istədiyini bildikdən sonra ilk növbədə onu bu sahədə maarifləndiririk. Müştəriyə maliyyə risklərindən uzaq olmağa yardımçı oluruq. Məsələn, əgər müştəri qızıl sahəsiylə maraqlanırsa, ona gün ərzində bir neçə dəfə qızılın dünya bazarında hal-hazırda mövcud olan qiyməti barədə məlumat veririk. Yəni gün ərzində həmin sahədə olan qiymətlərin artım dərəcəsini analiz edərək, müştəriyə bu barədə dəqiq məlumat veririk. Digər tərəfdən də, müştərilərimiz Forex Baku şirkətində çalışan analitiklərlə əlaqə saxlayıb onlardan da istədikləri bir məlumatı ala bilərlər.
Analitiklərimiz də öz növbəsində müştərilərə uğur qazanmaq, maliyyə risklərini necə azaltmaq və gəlirin artırılması ilə bağlı dəyərli məsləhətlər verir. Bildiyiniz kimi Forex bazarı 24 saat fəaliyyət göstərir. Bu yaxınlarda Forex Baku şirkəti gün ərzində 24 saat fəaliyyət göstərməklə öz müştərilərinə yeni bir xidmət təklif edəcək. Və əlbəttə ki, bu yenilik bizə daha artıq uğur qazandıracaq. Nəticədə isə müştərilərimiz bizdən daha da razı qalacaqlar. Bu isə bizim üçün çox vacib bir amildir. Bizi digər forex şirkətlərindən fərqləndirən əsas amillərdən biri də elə budur.
Forex-ə yeni başlayanlara nə tövsiyyə edərdiniz?
Forex-ə yeni başlayanlara ilk növbədə səbrli olmağı tövsiyyə edirəm. Bütün Forex treyderlərinə hər hansı bir işə başlamamışdan əvvəl bu barədə ətraflı düşünməyi məsləhət görürəm. Bəzi yeni Forex treyderləri az bir vaxtda daha çox pula sahib olmaq istəyirlər. Forex-ə yeni başlayanlar üçün ən böyük təhlükə elə onların bir günə qat-qat artıq pul qazanmaq istədikləridir. Nəticədə isə onlar maliyyə riskləri ilə üzləşirlər.
Sonda isə Dr. Van K. Tharpın sözlərinə istinadən onu vurğulamaq istərdim ki, ilk növbədə güclü olun. Çünki zəif psixilogiyalı insanlar irəli addım atmaqdan qorxduqları üçün həyatda yalnız ümidlərlə yaşayır, yəni reallıqdan kənarda qalırlar. Və nəticədə həyatda istədiklərinə nail ola bilmirlər. Həyatda uğur qazanmağın 70% məhz sizin əlinizdədir.
Sonda Banker.az adından Forex Baku şirkətinin Marketinq Departamentinin rəhbəri Raul Əliyevə müsahibəyə razılıq verdiyi üçün dərin təşəkkürümüzü bildiririk.