19 C
Baku
Sunday, September 29, 2024

“Bəziləri bunu deməyə cəsarət etmir” – Natiq Əliyev

“Neftin qiymətinin ucuzlaşmasının əsas səbəbi hamının bildiyi, amma bəzilərinin deməyə cəsarət etmədiyi siyasi səbəblərlə bağlıdır”.

Bunu bu gün Bakıda işə başlayan SOCAR: “Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya” konfransında çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, BMT-nin statistikası göstərir ki, dünyada neft hasilatı artmaqda davam edir və bu tendensiya 2040-cı illərə qədər davam edəcək. O, qeyd edib ki, hər il neft təklifi tələbdən təxminən 1,5 mlrd. barel artıq olur və ölkələr bazarda öz paylarını itirməmək üçün hasilatı azaltmaqdan imtina etdilər.

N. Əliyev həmçinin əlavə edib ki, “Cənubi Qafqaz Boru Kəməri” layihəsinin genişləndirilməsi çərçivəsində Azərbaycan və Gürcüstanda görülən işlərin 70%-i yekunlaşıb:

“Layihənin icrası ilə işlər sürətlə davam etdirilir. Azərbaycan hökuməti “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi ilə bağlı Avropa ölkələri ilə sıx əməkdaşlıq edir. Biz bu layihənin parlaq gələcəyinə inanırıq və bu layihənin Avropa və Azərbaycan üçün olduqca önəmli olduğuna əminik”.

AzVision

Son xəbərlər
Digər xəbərlər