“Bаkı Tikiş Еvi” АTSC səhmdarlarının növbəti illik ümumi yığıncağı 16 iyun 2023-cü il sааt 11.00-dа cəmiyyətin yerləşdiyi inzibatı binada keçiriləcək.
Banker.az xəbər verir ki, bu barədə Cəmiyyətin Müşahidə Şurası elan verib.
Bildirilir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
- “Bakı Tikiş Evi” Açıq Tipli Səhmdar Cəmiyyətinin icra orqanlarının seçilməsi.
- “Bakı Tikiş Evi” Açıq Tipli Səhmdar Cəmiyyətinin 2022-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması.
“Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 18.00-dək, səhmdar cəmiyyətin Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 113 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin idarə heyətinin sədrinə müraciət etməklə tanış ola bilərlər”.
Qeyd edilib ki, yığıncaqda iştirak etmək vacibdir.
Ünvan- Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 113.
Xatırladaq ki, BTE 2000-ci ildə dövlət qeydiyyatına alınıb və 1347242 manat nizamnamə kapitalı var.