6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

B.Britaniya 315 il ərzində ən güclü iqtisadi tənəzzülü ilə üzləşəcək, Mərkəzi bankı deyir

İngiltərə Bankı (The Bank of England – BoE) Böyük Britaniyanın koronavirus pandemoyası səbəbindən iqtisadiyyatının 14% kiçilə biləcəyini xəbərdarlıq edib.

Banker.az bu barədə “The Independent”-ə istinadən xəbər verib.

Mərkəzi bank funkisiyasını həyata keçirən BoE bildirir ki, ilk 3 ayda ölkə ümumi daxili məhsul (ÜDM) 3%, ikinci rübdə isə 25% təşkil edəcəkdir. Ümumilikdə isə illik bu rəqəmlə 14% ÜDM-nin daralması ilə 1706-cı ildən bu tərəfə ən aşağı “şok enişin” olacağı gözlənilir.

BoE bu ressesiya ilə yanaşı B.Britaniyada işsizlik səviyyəsinin 8%-ə qədər ehtimal edir.

“İqtisadi aktivlik ilin başlanğıcından kəskin şəkildə düşməklə, işsizlik səviyyəsində mühüm dərəcədə artımlar müşahidə edilir”, deyə açıqlamada qeyd edilib.

Son xəbərlər
Oxşar xəbərlər