Londonda yerləşən Avropa İslahatları Mərkəzinin (CER) araşdırmasına istinadən “İndependent” yazır ki, 2022-ci ilin iyun ayına qədər Britaniya Avropa İttifaqından çıxmaq qərarı və sonrakı prosesə görə 33 milyard funt sterlinq itirib.
Banker.az bu barədə “Qazeta.ru”ya istinadən xəbər verir.
“CER araşdırması göstərir ki, 2022-ci ilin iyun ayına qədər Böyük Britaniyanın ÜDM-si Brexit olmasaydı, 5.5% az olacaqdı, bu isə 33 milyard funt sterlinq itki deməkdir”, – nəşr qeyd edir.
Krallığın bir hissəsi olan Şimali İrlandiya Avropa İttifaqını tərk edən zaman sazişə əsasən, təşkilatın gömrük ittifaqının üzvü qalıb. Bununla belə, İrlandiyanın xarici işlər naziri Saymon Koveni qeyd edir ki, yeni qanun layihəsi nazirlərə protokolun elementlərini ləğv etmək və Böyük Britaniya vergilər və hökumət subsidiyaları ilə bağlı regionda yeni səlahiyyətlər verə bilər.