Söhbət cari ilin birinci ayından sonrakı ixracla bağlıdır
2022-ci ilin yanvarından sonra Britaniya, Çexiya və İrlandiya Azərbaycandan xam neftin alışını dayandırıblar.
Bu barədə Banker.az rəsmi mənbəyə istinadən xəbər verir.
2022-ci ilin yanvarında Böyük Britaniya ölkəmizdən 216.91 min ton ($125.6 mln.), Çexiya 163.46 min ton ($89.19 mln.), İrlandiya 88.09 min ton ($50.1 mln.) və həcmində xam neft alıblar.
Fevral və mart aylarından sonra isə bu ölkələrə xam neft ixracı tam dayanıb.
Türkiyə, İspaniya və Rumıniya fevralda Azərbaycandan neft alışını dayandırsa da, mart ayından yenidən bərpa ediblər, lakin göstəricilər əvvəlki kimi çox deyil.
Bunun əvəzində isə, ilin ikinci ayından başlayaraq Avstriya, Belarus və Hindistan neftimizə müştəri çıxıb.
Qeyd edək ki, ümumilikdə Azərbaycan neftinin ixracı son aylarda azalmağa başlayıb. Bununla bağlı öncəki yazımızda qeyd etmişik.