26 C
Baku
Tuesday, July 16, 2024

B.Britaniya istifadəçiləri onlayn təhdidlərdən qoruyacaq tənzimləyici üzərində çalışır

İstifadəçiləri onlayn təhdidlərdən qoruyan müstəqil tənzimləyici Böyük Britaniyada yaradılacaq, bu barədə Birləşmiş Krallığın rəqəmsal texnologiyalar, mədəniyyət, media və idman Nazirliyi məlumat veriblər.

İngilis hakimiyyəti, ilk növbədə, internetdə ekstremist materialların yayılmasına, zorakılığa, yetkinlik yaşına çatmayanlara qarşı cinayətkarlığa və pornoqrafiyanın qanunsuz növlərinə qarşı mübarizə aparmağı planlaşdırır. Nazirliyin məlumatına görə, ingilis hökuməti İngiltərəni onlayn fəaliyyət üçün ən etibarlı dövlətə çevirmək niyyətindədir.

“Müstəqil tənzimləyici mövcud standartların sərtləşdirilməsi məqsədilə yaradılacaq. İctimai mediayaya sahib olan şirkətlər üzərinə istifadəçilərin təhlükəsizliyini təmin edən alətlərin yeridilməsi öhdəliyi qoyulacaq. Bu kimi tələblər yerinə yetirilmədiyi halda isə şirkətlər üçün yüksək cərimə cəzası tətbiq olunacaq”, – deyə Nazirlik qeyd edir.  

Hazırda hökumət, tənzimləyicinin mövcud nazirliyin əsasında və ya ayrı bir qurum kimi qurulacağına dair qərar verir. Yeni qanun layihəsinin maliyyələşdirilməsi üçün yüksək texnologiyalı şirkətlərin yatırımlarından istifadə olunacaq.

Nazirliyin məlumatına əsasən, bazar ertəsi günü 12 həftə ərzində fəaliyyət göstərəcək yeni qurumun yaradılmasına dair məsləhətləşmə prosesi başlayacaq. Bu proses başa çatdıqdan sonra, tənzimləyicinin yaradılmasına dair qanun layihəsi ölkə parlamentinə təqdim ediləcək.

 

Son xəbərlər
Digər xəbərlər