Böyük Britaniya Rusiyanın dörd bankına qarşı sanksiya tətbiq edib, Banker.az bu barədə “Rt.ru”ya istinadən xəbər verir.
“Bugünkü sanksiyalar paketinə “MTS Bank” da daxil olmaqla dörd bank daxildir. Bu, Rusiyanı beynəlxalq maliyyə sistemindən daha da təcrid edəcək”, – mesajda deyilir.
Göstərilir ki, siyahıya “MTS Bank”, “Bank Sankt-Peterburq”, “Zenit” və “Uralsib” şirkətləri daxildir.
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib, onlar 92 fiziki və hüquqi şəxsə təsir edib.
Bundan əvvəl London haker fəaliyyəti ilə məşğul olduğu iddia edilən 7 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.