-1 C
Baku
Saturday, December 14, 2024

B.Britaniya şirkəti Bakıda 2100 t ağırlığı olan polad körpü inşa edib

Bakıda 2021-ci ildə açılacaq “La Luna” hotelinin iki qülləsi arasında 120 metr yüksəklikdə 2100 ton ağırlığında polad körpü quraşdırılıb.

Körpünün inşası məqsədi ilə Böyük Britaniyanın “Heavy Lift ALE” şirkəti işə cəlb olunub.

Yeni “Crescent Bay” kompleksinin bir hissəsi olan yeddiulduzlu 28 mərtəbəli “La Luna” hoteli aypara şəklində dizayn edilib və 125 min kvadratmetr sahəni əhatə edir.

“Heavy Lift ALE” şirkətindən bildiriblər ki, əyri polad körpü quraşdırmaq üçün xüsusi metodologiyadan istifadə olunub.

Körpü hündürlükdə görüləcək işləri minimuma endirmək üçün yerdə qurulub və sonra xüsusi hazırlanmış qaldırıcı qurğu ilə qaldırılıb.

“Bu ərazidə küləyin sürəti saatda 80 kilometrə çata bilər. Buna görə də bilirdik ki, körpünün qaldırılmasına nəzarət etmək qərarımız küləyin sürətinə və yüklənmənin yerdəyişməsinə uyğun optimallaşdırılmalıdır. Qaldırıcı qurğunun xüsusi nəzarət konstruksiyası ALE-nin güclü külək şəraitində də işləyəcəyini təmin edirdi. Çünki küləyin təsirini real vaxtda izləyə bilərik”, – şirkətin biznesin inkişaf etdirilməsi üzrə meneceri Den Kempin deyib.

Şirkətdən deyiblər ki, bu körpü bu metoddan istifadə edərək indiyə qədər belə yüksəkliyə qaldırılmış ən ağır obyektdir. Şirkət bu layihədə daha iki sifariş yerinə yetirəcəyini açıqlayıb.

©Report

Son xəbərlər
Digər xəbərlər