26 C
Baku
Saturday, July 27, 2024

B. Britaniya son 300 ilin ən böyük iqtisadi tənəzzülünü yaşayır

1709-cu ildən bəri Böyük Britaniya iqtisadiyyatı 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən ən böyük zərər görüb, bu barədə ölkənin Milli Statistika İdarəsi (ONS) hesabat yayıb. Statistik məlumatlara əsasən, Britaniyanın iqtisadi göstəriciləri əvvəllər bildirildiyi kimi 9.3% yox, 11% azalıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Təşkilat illik tədqiqatların məlumatlarını təhlil edərək bildirib ki, bu göstərici Böyük Şaxtadan sonra ən pis göstəricidir. 1708-1709-cu illərin qışı Avropada son 500 ilin ən soyuq qışı olub.

Böyük Britaniya – COVID-19 pandemiyası zamanı əmtəə və xidmətlərin tədarükü ilə bağlı ətraflı məlumatları bir araya gətirərək, 2020-ci il üçün tam düzəliş edilmiş iqtisadi rəqəmlərini açıqlayan dünyada ilk ölkələrdən biridir.

Son xəbərlər
Digər xəbərlər