7 C
Baku
Thursday, December 26, 2024

B. Britaniya və Norveç Ukraynaya $9.2 mln. dəyərində mikrodronlar bağışlayacaq

Norveçin Müdafiə Nazirliyi Böyük Britaniya ilə birlikdə Ukraynaya 90 milyon kron (9.26 milyon dollar) dəyərində mikrodronlar bağışlayacaq. Nazirliyin press-relizində deyilir ki, Norveç tərəfindən hazırlanmış dronlar “kəşfiyyat hədəfi müəyyən etmək üçün istifadə olunur”.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Norveç daha əvvəl Ukraynanı qoruyucu vasitələr və 2000-ə yaxın tank əleyhinə silah, həmçinin qumbaraatan tədarük edib. İyun ayında Norveç hakimiyyəti Kiyevə hərbi tədarükə dair açıqlama verməyəcəyini və bunun təhlükəsizliklə əlaqəli olduğunu deyib.

Son xəbərlər
Digər xəbərlər