Britaniya Milli Statistika İdarəsi (ONS) istehlak qiymətləri indeksinin (CPI) ötən ilin iyun ayı ilə müqayisədə iyun ayında 7.9% artdığını bildirib. İyundakı qiymət artımı bir ildən çox müddət ərzində ən aşağı göstərici olub, yəni may göstəricisindən (8.7%) və “Reuters”in sorğusunda iştirak edən analitiklərin proqnozlarından (8.2%) azdır.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
İnflyasiyanın aşağı düşməsi daha çox yanacaq və nəqliyyat qiymətlərinin aşağı düşməsi (-0.7%), o cümlədən mebel və məişət məmulatlarının (0%), alkoqol və tütün məmulatlarının (0.1%), geyim və malların qiymətlərinin artımının əhəmiyyətli dərəcədə yavaşlaması ilə əlaqədar olmuşdur. İyun ayında ərzaq məhsullarının qiymətləri 0.4%, may ayında isə 1.2% artıb.
Mütəxəssislər hesab edirlər ki, Britaniyada inflyasiyanın aşağı düşməsi tendensiyası yaxın aylarda da davam edəcək. İngiltərə və Uelsin Nizamlı Mühasiblər İnstitutunun iqtisadi tədqiqatlar direktoru Souren Tiru ”CNBC”yə bildirib ki, “iyundakı yavaşlama, aşağı enerji ödənişləri sayəsində iyul ayında daha böyük bir yavaşlama ilə davam etməlidir”.