1 C
Baku
Saturday, December 14, 2024

B. Britaniyada inflyasiya keçən əsrin rekordunu qırıb

Böyük Britaniyada inflyasiya 10.1% olub ki, bu da 1982-ci ildən bu yana rekord sayılır. İyun ayı ilə müqayisədə istehlak qiymətləri 0,7 faiz bahalaşıb. Hazırkı nəticə 1982-ci ildən bəri ən yüksək nəticədir.

Banker.az bu barədə “Lenta”ya istinadən xəbər verir.

Eyni zamanda iqtisadçılar inflyasiyanın 9.8%-ə yüksələcəyini proqnozlaşdırıblar. Mütəxəssislər qiymət artımının ölkədə davam edən yaşayış dəyəri böhranı fonunda xüsusilə həssas olduğunu qeyd edir və ailə təsərrüfatlarının real gəlirlərinin daha da azalacağını gözləyirlər.

Avqustun əvvəlində İngiltərə Bankı uçot dərəcəsini 0.5 faiz bəndi artıraraq 1.75%-ə çatdırıb ki, bu da 1995-ci ildən bəri ilk belə addımdır.

Son xəbərlər
Digər xəbərlər