Böyük Britaniya mağazalarında qiymətlər avqust ayında keçən illə müqayisədə 5.1% artıb. Bu, 2008-ci ildən, yəni qlobal maliyyə böhranından bəri ən əhəmiyyətli rəqəmdir. İyulda mağazalarda qiymət inflyasiyasının səviyyəsi 4.4% təşkil edib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
İllik ifadədə ərzaq qiymətləri 9.3% artıb. İyulda bu göstərici 7.0% təşkil edib. “BRC” ekspertlərinin fikrincə, ölkədə ilk növbədə süd, marqarin və çips kimi məhsullar bahalaşır. Bu, Ukrayna hadisələrinə görə ciddi şəkildə bahalaşan heyvan yemi, gübrə, buğda və bitki yağlarının bahalaşması ilə bağlıdır.
“Güman etmək olar ki, ərzaq inflyasiyasının bu səviyyəsi bizdə ən azı altı ay davam edəcək”, – deyə “NielsenIQ”in pərakəndə satış və biznes-analitiki Mayk Uotkins söyləyib.