17 C
Baku
Wednesday, May 1, 2024

B.Britaniyanın ən kiçik qəpiyi

Britaniya zərbxanası məhdud tirajla çəkisi cəmi 1/40 unsiyaya, yəni təqribən 0,75 qrama bərabər olan unikal qəpik zərb edəcək. Bu buraxılış “Britannia gold and silver proof collection” seriyasına daxil olacaq.

Yeri gəlmişkən, bu kiçicik qəpiyin çəkisi bildirilsə də, ölçüsü haqqında məlumat verilmir. Lakin bu qpiyin diametri cəmi 8 millemetrə bərabərdir. Britaniyalı numizmatiklər bu qəpiyi xüsusi statusla bəzəmək qərarına gəlmiş və ona Britaniyanın 1000 il üçün ən kiçik qəpiyi adlandırmışlar. Qeyd edək ki, Dumanlı Albionda ilk sikkələr XI əsrdə peyda olmuşdu. Bu ölçüdə olan qəpiyi hazırlamaq isə müasir texnologiyalar sayəsində mümkün olmuşdur.

Qəpiyin dizaynı Jody Clark tərəfindən yaradılıb. Ümumilikdə 9650 ədəd qəpik buraxılmışdır və onlardan hər birinin dəyəri 50 funt sterlinqdir.

1412192762_11412192771_31412192724_2

Son xəbərlər
 ⁠
Digər xəbərlər