14 C
Baku
Thursday, March 28, 2024

B. Britaniyanın Baş naziri Liz Trass istefa verib

Böyük Britaniyanın Baş naziri Liz Trass istefa verdiyini açıqlayıb, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Liz Trass varisi seçilənə qədər qalacağını söyləyib. O, qərarını “böyük iqtisadi və beynəlxalq qeyri-sabitlik” dövründə vəzifəyə başlaması və mandatı yerinə yetirə bilməməsi ilə izah edib.

Böyük Britaniyanın Mühafizəkarlar Partiyası bir həftə ərzində liderlik seçkiləri keçirəcək.

Qeyd edək ki, Liz Trass Baş nazir vəzifəsində cəmi 45 gün qalıb. Bundan öncəki antirekord 1827-ci ildə hakimiyyətinin 119-cu günündə vəfat edən Corc Kanninqə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər