9 C
Baku
Friday, December 13, 2024

B.EST Solutions şirkəti blokçeynin inkişaf etdirilməsi üzrə instrumentarinin yaradılması üzərində çalışıb

“Asan İmza”nın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru olan B.EST Solutions şirkəti Ümumdünya İqtisadi Forumu və 100-dən çox təşkilatla birlikdə keçən il təchizat sistemi sahəsində blokçeynin inkişaf etdirilməsi üzrə instrumentarinin yaradılması üzərində çalışmışdır. İnstrumentari, real vaxt rejimində blokçeynin inkişaf etdirilməsinin təhlili və nəzarət siyahıları və elektron cədvəllər kimi interaktiv alətlər yaratmaqla təşkilatlara qabaqcıl təcrübəni tətbiq etmək və inkişaf mərhələsinin başlanğıcında baş verən bahalı səhvlərdən qaçmağa kömək etmək məqsədilə buraxılmışdır.

COVID-19 – qlobal təchizat sistemlərindəki mövcud problem və boşluqlara işarə etdi. Ümumdünya İqtisadi Forumu, təşkilatlara dəstək vermək üçün “Etibarın yenidən təşkili: təchizat zəncirində əsas diqqət mərkəzində olan blokçeynin inkişaf etdirilməsi üçün bir instrumentari” adlı öz instrumentarisinin buraxılışını  sürətləndirdi. İnstrumentari http://wef.ch/blockchain-toolkit saytında yerləşdirilmişdir.

İnstrumentari Dünya İqtisadi Forumu tərəfindən Hitachi, Deloitte və Saudi Aramco-dan olan həmkarları ilə birlikdə Dördüncü Sənaye İnqilabı Mərkəzi üçün hazırlanmışdır. 50-dən çox ölkədən olan digər iştirakçılar arasında BƏƏ-dəki Dördüncü Sənaye İnqilabı Mərkəzi, Los Angeles Limanı, Latham & Watkins, Cardiff Biznes məktəbi, Berkli Universiteti, B.EST Solutions, Tech Mahindra, Maersk Angola, Dünya Bankı, Mərkəzi Amerika İnkişaf Bankı, Dünya Qida Proqramı və s. vardır.

“Və soruşa bilərsiniz ki, təchizat sisteminin rəqəmsallaşdırılmasının nə faydası var? Çox sadə. Elektron ticarət üçün lazımi imkanları olmayan və ya onlara malik olmayan bir ölkə güclü iqtisadi əlaqələrə sahib ola bilməz, çünki iqtisadi əlaqələrin mövcudluğu ticarət forması hesab edilir. Bu instrumentari hər kəsə rəqəmsal identifikasiyanı daha yaxşı anlamağa və onu mümkün qədər əlçatan olmağa kömək edəcəkdir”, deyə İnstrumentarinin yaradılması üzrə iştirakçı, Milli Mobil İdentitetlərin Qlobal İttifaqının həmsədri, B.EST Solutions şirkətinin təsisçisi və direktoru xanım Jana Krimpe bildirmişdir. Eyni zamanda Jana Krimpe qeyd etmişdir: “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı dövlət-özəl tərəfdaşlığına əsaslanan qlobal həllərdən biridir, o, bu instrumentaridən mütləq faydalanacaqdır və instrumentaridən bəzi tövsiyələr artıq yerinə yetirilmişdir”.

“… Mövcud pandemiyadan çox dərs almaq olar. Bu instrumentari uzunmüddətli pandemiyaya hazırlığının artması, eləcə də dövlət-özəl tərəfdaşlığının rəhbərliyi altında tezliklə iqtisadi bərpa üçün başlanğıc nöqtəsidir” deyə, ABŞ-ın Dünya İqtisadi Forumunda “Blokçeyn və rəqəmsal valyuta” layihəsinin rəhbəri Nadia Hyuit bildirmişdir.

İnstrumentari bütün kritik sektorlarda rəqəmsal xidmətlərin yaradılması və inkişaf etdirilməsinin, həmçinin mövcud xidmətlərin rəqəmsallaşdırılmasının vacibliyini göstərir. Ticarətin rəqabət qabiliyyətini artırmaq üçün həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə rəqəmsal xidmətlərdən istifadə etmək lazımdır. Layihə iştirakçılarının və cəmiyyətin tam siyahısı https://widgets.weforum.org/blockchain-toolkit/contributors veb saytında mövcuddur.

#Blokçeynİnstrumentari #blokçeyn #TəchizatSistemi#KOVİD19 #KOVİD
#RəqəmsalTransformasiya #MəsuliyyətliİşgüzarTəcrübə #İnnovasiya #QlobalTicarət

“Asan İmza” haqqında:     “Asan İmza” mobil identitet həllinin mobilliliyi və istifadəsinin asan olması bu məhsulun vətəndaşlar və iş adamları arasında populyarlığını artırır və onu mobil dövlətin əsas tərkib hissəsinə çevirir. Hal-hazırda dövlət və özəl qurumların 1000-dən çox elektron xidmətlər sistemində “Asan İmza”dan istifadə edilir. “Asan İmza” müxtəlif dövlət və özəl qurumların çağrı mərkəzlərinə inteqrasiya olunmuş və bu gün onun köməyilə elektron vergi bəyannamələri, gömrük bəyannamələri təqdim edilir, əmək müqaviləsi bildirişlərinin qeydiyyatı, bank hesablarının uzaq məsafədən açılması, abituriyentlərin onlayn qeydiyyatı və s. həyata keçirilir.       Daha ətraflı məlumatı http://www.asanimza.az saytından əldə edə bilərsiniz.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Konsorsiumu (DTH) haqqında:

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Konsorsiumu – Azərbaycanda rəqəmsal infrastrukturun və transsərhəd elektron ticarət platformasının inkişafı və ölkənin mövqelərinin regional və qlobal miqyasda gücləndirmək üçün yaradılan dövlət-özəl tərəfdaşlığıdır. Konsorsiumun yaradılması haqqında Saziş, 9 oktyabr 2019-cu il tarixində Bakıda keçirilən “İpək Yolunun rəqəmsallaşdırılması” adlı rəqəmsal ticarət üzrə 3-cü forumda özəl şirkətlər olan PAŞA Bank, B.EST Solutions və AzerTelecom və dövlət sektorunu təmsil edən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında “Asan İmza” mobil elektron imza vasitəsilə imzalanmışdır. Konsorsium, Azərbaycanın müasir rəqəmsal xidmətləri və infrastrukturunun tətbiqi və ölkənin rəqəmsal transformasiyasına təsir edən transsərhəd elektron xidmətlər infrastrukturunu inkişaf etdirmək məqsədi daşıyır. Konsorsium, Azərbaycanı dünya bazarlarına bağlamaq, eyni zamanda Azərbaycanın Avropa ilə Asiya arasında yeni Rəqəmsal Qovşaq kimi irəliləyişi üçün görünməmiş bir fürsət təqdim edir.                     Daha ətraflı məlumatı https://dth.az/ saytından əldə edə bilərsiniz. 

B.EST Solutions şirkəti haqqında:         Şirkətin rəqəmsal həlləri Birləşmiş Millətlər Təşkilatı, Google, Financial Times, AB, OECD, ABŞ Dövlət Departamenti və Milli Standartlar və Texnologiyalar İnstitutu kimi qlobal təşkilatlar tərəfindən tanınmışdır. Müştərilərimiz transmilli korporasiyalar, böyük banklar, mobil operatorlar və sığorta şirkətləri, eləcə də beynəlxalq təşkilatlar və bir çox digər müştərilərdir.                                         Daha ətraflı məlumatı https://bestsolutions.ee/ saytından əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər