Babək prospektinin yenidən qurulmasına 20,1 mln. manat ayrıldı – sərəncam

Hazırda təmir işlərinin aparıldığı Bakı şəhəri Babək prospektin Azərbaycan Prezidenti İlham Əliyev əlavə vəsait ayırıb. Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

“Bakı şəhəri ərazisində ümumşəhər əhəmiyyətli Babək prospektinin yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,1 milyon (iyirmi milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.” – deyə sərəncamda deyilir.