10 C
Baku
Thursday, December 12, 2024

Babək Babayev yaratdığı şirkətini birbaşa idarə edəcək

“Yeni Həyat Şirkətlər Qrupu” MMC-nin İdarə Heyətinin sədri dəyişib.

Banker.az xəbər verir ki, Murad Arıxov Habil oğlu vəzifəsindən gedib. Onu bu vəzifədə 53 yaşlı Babək Babayev Novruz oğlu əvəz edib. B.Babayev həmçinin şirkətlər qrupunun təsisçisi kimi tanınır.

Qeyd edək ki, Babək Babayev  “Yeni Hayat”ı 2002-ci ildə yaradıb, lakin “Yeni Həyat Şirkətlər Qrupu” MMC 2010-cu ildə yaradılıb və  Azərbaycanda tikinti sahəsində fəaliyyət göstərən şirkətlər qrupudur. Şirkətin Bakı şəhərində “Grand Hayat”, “Park Azure”, “Yeni Hayat Residence”, “Yeni Hayat Plaza”, “Azure” və “MegaFun” kimi iri daşınmaz əmlaklarına sahibdir.

Son xəbərlər
Digər xəbərlər