15.4 C
Baku
Friday, May 16, 2025

Babək prospektində avtomobillərlə hərəkət qismən məhdudlaşdırılacaq

Sabah saat 10:00-dan mayın 18-i saat 20:00-a qədər Bakının Nizami rayonunun Babək prospektinin Lütfi Zadə və Məşədi Hilal Kazımov küçələri ilə kəsişmələrində (şəhər istiqamətində körpüyə girişdə) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Banker.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

“Yol bağlanmır. Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.

Son xəbərlər
Digər xəbərlər