8 C
Baku
Monday, November 18, 2024

Babək prospektində hərəkətin təşkilinə dəyişikliklər edilib

Paytaxtın Babək prospektinin Oqtay Vəliyev küçəsi ilə kəsişməsində hərəkətin təşkilinə dəyişikliklər olunub.

Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, layihədən əvvəl qeyd olunan kəsişmədə təhlillər aparılaraq bir çox problemlərin mövcudluğu müəyyən edilib. Belə ki, O.Vəliyev küçəsinin birbaşa əlaqələndirilməməsi buradan keçən ictimai və digər nəqliyyat vasitələrinin izafi yürüşünə və Babək prospektindəki mövcud geriyə dönmə yerlərində sıxlıq hallarının yaranmasına səbəb olurdu. Əsas çətinliklərdən biri isə piyada keçidinin çatışmazlığı idi.

Görülən işlər çərçivəsində kəsişmədəki ayırıcı zolaq ləğv edilib. Nizamlanan yeni yolayrıcı və eyni səviyyəli piyada keçidləri təşkil edilib. Müvafiq yol nişanları və nişanlanma xətləri çəkilib. İnfrastruktur işləri görülüb, yeni səki və panduslar inşa olunub.

Nəticədə O.Vəliyev küçəsi vasitəsilə Babək prospektinin şimal və cənub hissəsi əlaqələndirilib. Nəqliyyat vasitələrinin izafi yürüş məsafəsi 2.5 km qısalıb. Babək prospektindəki mövcud geriyə dönmə yerlərinin nəqliyyat yükü 50 faizə qədər azalıb. Piyadaların təhlükəsizliyi təmin edilib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər