24 C
Baku
Friday, September 27, 2024

“Back-end developer” – Bank Respublika

“Bank Respublika” ASC “Back-end developer” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
 Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
 Bank daxili yeni proqramların yaradılması.
Namizədə qarşı tələblər:
 Ali təhsil;
 Python və ya Java proqramlaşdırma dili üzrə biliklər;
 RESTful API və HTTP-nin işləmə prinsipləri barədə anlayış;
 GIT ilə sərbəst işləmə bacarığı;
 SQL, PL/SQL üzrə bilikləri arzuolunandır;
 Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
 Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.
Sizə nə təklif edirik?
 Əlverişli iş mühitində çalışmaq imkanı;
 Rəqabətli əmək haqqı;
 Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini, email-in mövzu hissəsində “Back-end
developer” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə
əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər