26 C
Baku
Saturday, July 27, 2024

Badam və zeytun biznesinə əlavə maya qoyuldu

Aqrar şirkətlərin yenidən sərmayə yatırılıb.

Banker.az xəbər verir ki, “Grand-Agro” MMC-nin nizamnamə kapitalı 7.71 milyon, yaxud 22.7% artırılıb.

“Grand-Agro” 2017-ci ilin yanvarında yaradılıb və Bakı şəhərində badam və zeytun bağları salıb.

Ramana qəsəbəsində 38 hektar ərazidə, Hövsanda 156 hektar ərazidə Ferraduel, Ferragnes, Marta, Penta, Mardia, Soleta, Guara, Belona, Avijor badam sortlarından ibrət intensiv bağlar salıb.

Eləcə də, Xəzər r-nun Qala qəsəbəsində Bakı zeytun sortları və Picual zeytun sortu olan bağlar yaradıb.

“Grand-Agro”nun nizamnamə kapitalı beləliklə 41.71 mln. manata çatdırılıb.

Son xəbərlər
Digər xəbərlər