9 C
Baku
Monday, November 18, 2024

Badam və zeytun bağları olan şirkətə 4.5 mln. manatlıq əlavə “maya” qoyulub

“Agro Food İnvestments” MMC-nin portfelində olan “Grand-Agro” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.

Banker.az xəbər verir ki, bununla aqrar şirkətin nizamnamə kapitalı 4.5 mln. manat və ya 6.4% artırılmaqla 74.56 mln. manata yüksəldilib. İlin əvvəlindən  bu şirkətə ümumilikdə 9.5 mln. manat əlavə maya qoyulub.

“Grand-Agro” Abşeron yarımadasında badam və zeytun bağlarına sahibdir.

“Agro Food Investments MMC (AFI) Azərbaycanın ən böyük aqrar və qida şirkətlər qrupundan biridir. AFİ bu sahədə fəaliyyət göstərən bir neçə şirkəti və onların istehsalat sahələrini, o cümlədən, fındıq emalı müəssisəsi, badam emalı müəssisəsi, ting və calaqaltı istehsalı müəssisəsi, uçucu yağlar emalı müəssisəsi, açıq və qapalı şəraitdə gül yetiştiriciliyi və emalı, çay emalı müəssisəsi və çay plantasiyaları, zeytun yağı və süfrəlik zeytun yağı istehsalı, minlərlə hektar fındıq, badam, zeytun və qarışıq meyvə bağlarını idarə edir.

Agro Food İnvestments qrupunun idarəetməsində olan törəmə şirkətlər aşağıdakılardır:

Şirkətlər:

  • Agrarco MMC
  • Aqrovest MMC
  • Astaraçay MMC
  • Azbadam MMC
  • Azrose MMC
  • Gala Olives MMC
  • Grand Agro Invitro MMC
  • Grand Agro MMC
  • Lecheq Farm And Distillery MMC
  • Şəmkir Agropark MMC
  • Zəfər Bağlari MMC

Brendlər:

  • “Naturall” ümumi çətir brendi
  • “Olivea” (zeytun yağı və süfrəlik zeytun)
  • “Aqrovest” meyvə və fındıq
  • “Astaraçay” çay
  • “Filli” çay
  • “AZtea” çay
  • “Azbadam” badam
Son xəbərlər
Digər xəbərlər