Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində aktivlik davam edir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
O deyib ki, ilkin araşdırmaların nəticələrinə görə sürüşmənin məişət sularının torpağa axıdılması və atmosfer çöküntülərinin təsiri nəticəsində torpaq kütləsinin ağırlaşması səbəbindən baş verdiyi ehtimal olunur.
Araşdırma və müşahidələr davam etdirilir.
©Report