27 C
Baku
Saturday, July 27, 2024

“Badamlı” mineral sular zavodu sahibkarın əlindən necə alınıb?

Naxçıvanda fəaliyyətdə “Badamlı” Mineral Sular Zavodunun keçmiş sahibi iddia edir ki, Naxçıvanın keçmiç Ali Məslinin sədri Vasif Talıbovun ailəsi zorla zavodu onun əlindən alıb.

Banker.az xəbər verir ki, şirkətin keçmiş sahibi olan Elşad Məmmədov bu iddianı edir və bununla bağlı “azadlıq.org” saytına müsahibəsində bildirir.

Muxtar Respublikanın ali rəhbərinin ailəsi onu məcbur edib ki, zavodun 85%-ni onlara yaxın ailəyə bağışlasınlar. Ardından isə qalan 15%-dən də imtina etsin.

Videogörüntüdə E.Məmmədovun vaxtı ilə Rusiyada, Fransada və Türkiyədən böyük həvəslə sifariş etdiyi etiketlər, şüşə qabları və qapaqlar onun anbarında istifadəsiz dayanır.

Elşad Məmmədov illərdir öz ata yurdu sayılan Şahbuzun Badamlı kəndinə də gələ bilmir. Gələ bilməməsinin səbəbini isə hər dəfə həyətə gələndə onun evindən Zavodun görünməsidir ki, bu ona psixoloji olaraq təsir edir. Odur ki, o illərdir bu əraziləri tərk edib.

“Zavodu əlimdən alandan sonra çıxıb getmişəm [əvvələr yaşadığı evi nəzərdə tutur] və gəlmək də istəmirəm”- deyə, zavodun keçmiş sahibi bildirir.

elsad
Elşad Məmmədov

Elşad Məmmədov sayta bildirir ki, 2000-ci ildə zavoda direktor təyin edildiyi mineral sular zavodu 2004-cü ildə hərraca çıxarılıb. O vaxtki pulla 422 mln. manata* (84 min yeni manat) sovet dövründən qalan müəssisəni yenidən bərpa etmək üçün 2 mln. manat pul xərcləyib, Dubay və Moskvadan avadanlıqlar alıb. Beləliklə, 1 ilə zavodu müasir standartlara uyğun müəssisəyə çevirib.

*5000 AZM=1 AZN

Zavodun açılışında muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov da dəvət edilibmiş.

“Sən ora su satmayacaqsan”

“V.Talıbovun böyük oğlu məni Naxçıvan MR-na çağırdı. Öz ofisində mənə göstəriş verdi ki istehsal etdiyin suyu rayonlara satmalısan. Mənə “Sən oradan Naxçıvan şəhərinə su satmayacaqsan” dedi. Elə bir dövr idi ki, biz bunu etməsəydik cəzamız çox böyük olardı”- deyə, Elşad Məmmədov qeyd edir.

Deyir ki, o da Talıbovun oğlunun dediyi kimi bir müddət rayonlara satıb, lakin bir müddət sonra sahibkarı yenidən muxtar respublika – Ədliyyə Nazirliyinə çağırıblar.

“Qalxdım ikinci mərtəbəyə. Gördüm ki, masanın üstündə çoxlu ayrı-ayrı qoyulmuş sənəd var. Mənə dedilər ki, qol çək”.

“Verəcəksən!”

E.Məmmədov nəyə qol çəkəcəyi ilə bağlı maraqlandıqda ona bildirilib ki, mineral su zavodlarının hissələri (səhm) Talıbovun qohumnlarına bağışlanılmalıdır.

“Vasif Talobovun qardaşının qaynı Məhərrəmin qaynı Nəriman var idi. Dedi ki, şirkətin 70%-ni ona pay kimi verəcəksiniz. 15%-ni də onun oğlu Ramiz Məmmədova pay verəcəksiz”- deyə, o danışır.

Elşad Məmmədov bununla razılaşmayıb və əsas gətirib ki, “Badamlı” mineral sular zavoduna sərmayə qoyub və onu bu səviyyəyə çatdırıb bundan bəhrə görsün.

“Bu payı niyə verməliyəm?” sualını verdikdə isə ona “Verəcəksən!” deyiblər.

1 1
Elşad Məmmədov, azadlıq.orq

O həmin gün bununla razılaşmayıb gedib məsləhətlər alıb və ona tövsiyə edilib ki, başqa yolu yoxdur. Sahibkar “ailəsinin təhlükəzisliyinin qorunmasını” əsas gətirərək Talıbovun yaxınlarının bu şərti ilə razılaşıb. Hansı ki, bu şərtə görə zavoddan ona cəmi 15% pay qalır.

85%-i onlara bağışlasa da ona halallıq üçün nə isə bir şey verilməyib.

“Vasif Talıbovun qardaşı İlqarın oğlunun adına keçirdilər. Sənədlər üzərində saxta olaraq. Mənə bir manat belə vermədilər. Alqı-satqı müqaviləsi olmadı arada”.

2007-ci ildən isə sözügedən zavod keçirilib “Nəqşicahan Holdinq”in tərkibinə. Holdinq isə otelçilikdən tikintiyə qədər sektorlarda fəaliyyəti mövcuddur.

Sahibkarı 2007-ci ildə yenidən çağıraraq onun əlində qalan qalan 15% hissəni də Talıbovun qohumlarına bağışlanmasını istəyiblər.

“Rzayev Malik məni çağırdı Naxçıvana. Dedi ki, gəl bu sənədlərə imza çək”- deyə o bildirir.

Elşad Məmmədov artıq bu dəfə onların dediyi ilə razılaşmayıb və ağır ifadələrlə üzləşib. Onun başına oyun açılacağı ilə bağlı təhdid olunub. O, sənədə imza çəkməsə də, zavoda getməyib.

Sonradan həmin zavod sökülərək yerində yeni istehsal gücünə sahib olan istehsal müəsisəsi tikilib.

İndi Elşad Məmmədov Vasif Talıbovun vəzifəsindən gedəndən sonra Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib. Sənəd kimi alqı-satqı müaviləsini, texniki pasportu da təqdim edib. Eləcə də Prezidentin yeni təyin etdiyi Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsinə rəsmi şəkildə müraciət edib. O, rəsmi qurumlardan cavab gözləyir ki, zavodu qaytarılsın və banklara olan borclarını ödəyə bilsin.

Son xəbərlər
Digər xəbərlər