9 C
Baku
Friday, January 9, 2026

“BAE Systems”in səhmləri Trampın bəyanatları fonunda kəskin bahalaşıb

ABŞ prezidenti Donald Trampın 2027-ci il üçün Amerika hərbi büdcəsinin 1,5 dəfə artırılaraq 1,5 trilyon dollara çatdırılmasının vacibliyi ilə bağlı bəyanatından sonra Böyük Britaniyanın ən iri müdafiə şirkəti olan “BAE Systems”in səhmlərinin dəyəri kəskin şəkildə artıb.

Bu gün London Fond Birjasında ticarətin əvvəlindən etibarən korporasiyanın qiymətli kağızları 5,66% bahalaşıb. Müdafiə və aerokosmik şirkət olan “Chemring”in səhmlərinin kotirovkaları isə 1,59% yüksəlib.

Bununla yanaşı, ən böyük kapitallaşmaya malik 100 şirkətin səhmləri əsasında hesablanan “FTSE 100” indeksi 0,20% azalaraq 10 288 bəndə enib.

Tramp dekabrın 7-də “Truth Social” sosial şəbəkəsində yazıb ki, ABŞ “misli görünməmiş hərbi güc” yaradaraq 1,5 trilyon dollar göstəricisinə asanlıqla çata bilər.

Son xəbərlər
Digər xəbərlər