15 C
Baku
Friday, March 29, 2024

BAEA: “Ukraynanın bütün AES-ləri milli energetika sisteminə yenidən çıxış əldə edib”

“Ukraynanın bütün işləyən atom elektrik stansiyaları (AES) yenidən milli energetika sisteminə çıxış əldə edib”.

Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi deyib.

Onun sözlərinə görə, Ukrayna ərazisində fəaliyyət göstərən bütün AES-lər, o cümlədən “Zaporojye” AES bu həftənin əvvəlində elektrik enerjisi təminatının tamamilə itirilməsindən sonra yenidən milli energetika sisteminə çıxış əldə ediblər.

Son xəbərlər
Digər xəbərlər