12 C
Baku
Saturday, November 23, 2024

Baffet “Apple”dakı payını 13% azaldıb

2024-cü ilin birinci rübündə Uorren Baffet “Berkshire Hathaway” şirkəti “Apple”a investisiyalarını azalıb. Portfeldəki böyük texnoloji səhmlərin bazar dəyəri 135.4 milyard dollara düşüb. CNBC-nin hesablamalarına görə, bu, 2023-cü ilin dördüncü rübünün sonundakı 905.56 milyondan təqribən 790 milyon səhmə bərabərdir. Başqa sözlə, konqlomeratın “Apple”dakı payı birinci rübdə təxminən 13% azalıb.

“Berkshire Hathaway” ardıcıl ikinci rüb “Apple” səhmlərini satır. Bir tərəfdən belə bir fikir var ki, Uorren Baffet qazancını bərpa edir. 2023-cü ilin sonunda “Apple”ın kotirovkaları demək olar ki, 50% artıb, emitent texnologiya sektorunda artım liderlərindən birinə çevrilib.

Digər tərəfdən, bu il “Apple”a münasibət o qədər də optimist deyil – şirkətin kotirovkaları yanvarın əvvəlindən 4.75% aşağı düşüb.

Ümumilikdə, birinci rübün sonunda “Berkshire Hathaway”in investisiya portfelinin təxminən 75%-i beş şirkətin səhmlərinə sahibdir:

“Apple” – 135.4 milyard dollar;
“Bank of America”- 39.2 milyard dollar;
“American Express” – 34.5 milyard dollar;
“Coca-Cola” – 24.5 milyard dollar;
“Chevron” – 19.4 milyard dollar.

Birinci rübdə “Berkshire Hathaway” daha bir rekorda imza adıb. Rübün sonunda pulsuz keşin həcmi 189 milyard dollara çatıb. Əvvəlki rekord 2023-cü ilin dördüncü rübündə 167.64 milyard təşkil edib.

Son xəbərlər
Digər xəbərlər