10 C
Baku
Tuesday, November 26, 2024

Baffet: növbəti 50 ildə səhmlər pullardan daha yaxşı olacaq

Berkshire Hathaway-in sədri milyarder Uorren Baffet (Forbesin məlumatına görə, dünyanın ən zəngin insanlarının reytinqində 4-cü yeri tutur) Ukraynadakı ağır vəziyyətin onun investisiya strategiyasına necə təsir etdiyi haqqında danışıb.

CNBC kanalına müsahibəsinin çərçivəsində Baffet cari vəziyyətin, bütün dünyada Üçüncü dünya müharibəsi başlanılması təhlükəsi haqqında danışılan vaxt, onun fond bazarında strategiyasına necə təsir etdiyi sualına cavab verib.

Berkshire Hathaway-in müşahidələr şurasının sədri, icraçı direktor Uorren Baffet: “Əgər mən bilsəydim ki, gələcəkdə  Ukraynada vəziyyət bu cür hadisələrə səbəb olacaq, mən dayanmadan səhmlər alardım. Pulları investisiya etmək lazımdır. Əmin olmaq olar ki, əgər böyük bir müharibə başlasa, pullar öz dəyərlərini itirəcək. Bu hadisə hər bir müharibə zamanı baş verib. Buna görə müharibə vaxtı küllü miqdarda nağd pul saxlamaq ən yaxşı investisiya qərarı deyil. Əgər sizin imkanınız varsa, ferma, daşınmaz əmlak alın (siz həmin müəssisələrdən icarə ala biləcəksiniz) və yaxud dəyərli kağızlara pul yatırın. Mənim fikrimcə, növbəti 50 il ərzində məhsuldar səhmlərə investisiyalar ən yaxşı qərar ola bilər”.

Son xəbərlər
Digər xəbərlər