27 C
Baku
Monday, June 30, 2025

Baffet rekord $6 milyardlıq “Berkshire Hathaway” səhmlərini ianə edib

Milyarder Uorren Baffet 6 milyard dollar dəyərində “Berkshire Hathaway” səhmlərini xeyriyyəyə bağışlayıb ki, bu da onun illik ən böyük ianəsidir, “Reutres” yazır.

Bildirilir ki, iyunun 27-də Baffet 5 xeyriyyə təşkilatına təxminən 12.36 milyon səhm bağışlayıb: 9.43 milyon səhm Qeyts Fonduna, 943 min səhm Syuzan Tompson Baffet Fonduna və 660 min səhm övladları Hovard və Peter tərəfindən idarə olunan üç xeyriyyə təşkilatına.

Hazırda 94 yaşı olan Baffet 2006-cı ildə var-dövlətini bağışlamağa başlayıb. O vaxtdan bəri milyarder və investor təxminən 60 milyard dollar ianə edib.

Baffet “Berkshire” səhmlərinin 13.8%-nə sahibdir. O, 152 milyard dollar sərvəti ilə “Forbes Real-Time” jurnalına görə dünyanın beşinci ən varlı adamıdır.

Son xəbərlər
Digər xəbərlər