Uorren Baffetin iş ortağı və “Berkshire Hathaway”in vitse-prezidenti Çarli Manqer bildirib ki, kriptovalyuta dərhal qadağan edilməlidir.
Banker.az xəbər verir ki, milyarder bitkoini bazara lazım olmayan siçovul səhəri adlandırıb. “Mən onun dərhal qadağan edilməsini istərdim və çinlilərin bunu artıq etməsinə heyranam”, – deyə investor söyləyib.
98 yaşlı Manqerin sözlərinə görə, o, kriptovalyutalara investisiya qoymur. “Bundan yaxa qurtardığım üçün fəxr edirəm. Bu, cinsi yolla keçən xəstəlikdir”, – deyə milyarder qeyd edib.
“Daily Journal”ın iclasında çıxış edən maliyyə maqnatı bitkoini, o cümlədən startaplara vençur kapitalın axınını bazarın lazımsız hissəsi adlandırıb.
Çarli Manqer məhkəmə sistemi üçün proqram təminatını yaradan, eləcə də qəzet və jurnallar dərc edən “Daily Journal” şirkətinin direktorlar şurasının rəhbəridir.