32 C
Baku
Sunday, July 13, 2025

Baffetin şirkəti ABŞ-ın ən böyük banklarından birindəki səhmlərinin 99%-ni satdı

Uorren Baffetin “Berkshire Hathaway” investisiya şirkəti 2021-ci ilin birinci rübündə ABŞ-ın ən böyük banklarından birindəki səhmlərinin 99%-ni satıb. Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) istinadən “Financial Times” yazıb.

Qeyd edildiyi kimi, “Berkshire Hathaway” şirkəti “Wells Fargo” bankının təxminən 51.7 milyon səhmini satıb. Baffetin holdinqi 1989-cu ildən bu bankda paya sahib olub, daha əvvəl isə onun ən böyük səhmdarlarından biri olub. 2018-ci ilin yanvarında paketin dəyəri orta hesabla 30 milyard dollar təşkil edib.

“Wells Fargo” – Amerikanın dörd ən böyük bankından biridir. 2020-ci ilin fevralında bank ABŞ-ın Ədliyyə Nazirliyi və SEC ilə münasibətlərini tənzimləmək üçün 3 milyard dollar cərimə ödəməyə razılaşıb.

Uorren Baffet dünyanın ən varlı insanları arasında altıncı yeri tutur. “Forbes”un qiymətləndirmələrinə görə, onun sərvəti 109.1 milyard dollar dəyərində qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər