9 C
Baku
Wednesday, November 13, 2024

Baffett səhmlərin qiymətinin artmasından sonra “Apple” dakı payının bir hissəsini satdı

Milyarder Uorren Baffet keçən ilin dördüncü rübündə “Apple” dakı payının bir hissəsini satıb – 800 milyon dollar.

Banker.az xəbər verir ki, bu haqda ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının materiallarına istinadən “Markets Insider” məlumat verib.

Məbləğ böyük görünə bilər, amma Baffet üçün yox. CNBC kanalının verdiyi məlumata görə, “Berkshire Hathaway” holdinqi “Apple” şirkətində 5,6% paya sahibdir (79,6 milyard dollar). “Forbes Real-Time” reytinqində Baffet dünyanın ən zəngin insanları sırasında dördüncü yer alır. Qiymətləndirmələrə görə, milyarderin sərvəti 89,4 milyard dollar təşkil edir.

Uorren Buffetin “Apple” dakı payını azaltmağın bir neçə səbəbi var. Birincisi, holdinqin aktivlərini diversifikasiya etmək üçün. İkincisi, gəlir əldə etmək üçün: keçən rübdə şirkətin səhmləri 1/3 artmaqla, fonda 806 milyon dollardan 1,1 milyard dollaradək gəlir gətirə bilərdi.

Yaxın gələcəkdə Uorren Baffet “Apple” da payını artırmaq niyyətində deyil. Xatırladaq ki, milyarder “Apple” səhmlərini 175 dollara almışdır.

Son xəbərlər
Digər xəbərlər