Milyarder Uorren Baffettə məxsus olan “Berkshire Hathaway” şirkəti 2023-cü ilin ikinci rübü hesabatında 10.04 milyard dollar əməliyyat mənfəəti əldə edib və bu, rekord olub. “Berkshire Hathaway”in sərəncamında olan nağd pulun miqdarı da rekord həddə – 147.4 milyard dollara çatıb, Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.
May ayında Baffett səhmdarlara ABŞ iqtisadiyyatında “inanılmaz dövr” səbəbindən mənfəətin mümkün azalması barədə xəbərdarlıq edib, “Bloomberg” xatırladır. Agentliyin məlumatına görə, “Berkshire Hathaway”ə FED-in uçot faiz dərəcəsini sürətlə artırması kömək edib.
Qeyd edək ki, Uorren Baffett dünyanın altıncı ən zəngin adamıdır. Onun sərvəti 117.5 milyard dollar olaraq qiymətləndirilir.