6 C
Baku
Saturday, December 14, 2024

Bağça müəllimləri üçün keçiriləcək diaqnostik qiymətləndirmənin çərçivə sənədi təqdim olunub

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün “Diaqnostik qiymətləndirmə çərçivə sənədi”ni təqdim edib.

Sənəddə diaqnostik qiymətləndirmənin məktəbəqədər təhsil üzrə kadr potensialının yaxşılaşdırılması üçün işləyən təhsilverənlərin peşəkar inkişafının ehtiyac qiymətləndirilməsinin müəyyənləşdirilməsi baxımından yüksək əhəmiyyətə və praktik faydaya malik olduğu bildirilib.

Qeyd olunub ki, çərçivə sənədi məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının diaqnostikası üçün hazırlanıb.

Çərçivə sənədi ilə buradan tanış ola bilərsiniz.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər