17 C
Baku
Tuesday, May 21, 2024

Bağçalara işə qəbul üzrə müsahibənin nəticələri açıqlanıb

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə nəticələri elan olunub.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, namizədlər müvafiq linkə keçid edərək müsahibə nəticələri və reytinqləri ilə tanış ola bilərlər.

Növbəti mərhələdə namizədlərin şəxsi səhifələrində qeyd olunan faktiki yaşayış yeri və imtahan nəticəsinə uyğun yerləşdirilməsi aparılacaq.

Qeyd edək ki, müsahibə nəticələrinə əsasən minimum tələb 30 bal müəyyənləşdirilib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər