16 C
Baku
Thursday, April 25, 2024

Bağçalara işə qəbul üçün müsahibənin keçid balı açıqlanıb

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə üçün minimum keçid balı 35 müəyyənləşdirilib.

Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, minimum tələbi ödəyən bütün namizədlər müsahibə mərhələsində iştirak edəcəklər.

Namizədlər müsahibədən öncə psixoloji testə cəlb olunacaqlar. Müsahibə zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Qeyd edək ki, test imtahanı və müsahibə nəticəsi nəzərə alınaraq, namizədlərin vakant yerlərə yerləşdirilməsi həyata keçiriləcək.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər