Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu zamanı bir sıra kateqoriyadan olan uşaqların qəbulu üzrə üstünlük hüquqları təmin olunacaq.
Bu barədə Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, aşağıdakı kateqoriyadan olan uşaqların qəbulu üzrə üstünlük hüquqları təmin olunacaq:
1. şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin övladları;
2. tək işləyən valideynlərin övladları;
3. I və II qrup əlillərin övladları;
4. hərbi xidmətdə olan valideynlərin övladları;
5. təhsilalan anaların övladları;
6. çoxuşaqlı ailələrdən olan uşaqlar;
7. qəyyumluqda olan uşaqlar.